Abşeronda polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas ediblər - FOTO - VİDEO

Abşeronda polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas ediblər - FOTO - VİDEO PPX əməkdaşları təcili yardım avtomobilinin gec gələcəyini nəzərə alaraq yaralıları xidməti avtomobil ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib
Hadisə
29 İyun , 2017 08:22
Abşeronda polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas ediblər - FOTO - VİDEO
"Report"

Bakı. 29 iyun. REPORT.AZ/ Abşeronda iki nəfər bıçaqlanıb, polis əməkdaşları onları ölümdən xilas edib.

"Report"un xəbərinə görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki,  1978-ci il təvəllüdlü Sadıqov Vasif Tofiq oğlu və 1996-cı il təvəllüdlü Zeynallı Əfqan Rəcəb oğlu qəsəbədə yerləşən marketlərdən birinin qarşısında tanıdıqları şəxslə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib.

Hadisə zamanı hər ikisi bir neçə bıçaq xəsarəti alaraq avtomobil yolunun kənarına yıxılıb. Onlar çoxlu qan itiriblər. Yoldan keçən Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi üzrə fəaliyyət göstərən Polis Patrul Xidmətinin əməkdaşları təcili yardım avtomobilinin gec gələcəyini nəzərə alaraq hər iki yaralını xidməti avtomobil ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. 

Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi