Abşeronda parkda 15 yaşlı oğlan bıçaqlanıb

Abşeronda parkda 15 yaşlı oğlan bıçaqlanıb Abşeron rayonunda gənc oğlan bıçaqlanıb.
Hadisə
10 Noyabr , 2021 10:06
Abşeronda parkda 15 yaşlı oğlan bıçaqlanıb
0 : 00
0 : 00

Abşeron rayonunda gənc oğlan bıçaqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 8-i saat 17 radələrində rayonun Xırdalan şəhəri ərazisində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2006-cı il təvəllüdlü T.Yunuszadəni aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi