Abşeronda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib

Abşeronda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib Onlar oğurluğu qabaqcadan planlaşdırıblar
Hadisə
12 Fevral , 2019 11:46
Abşeronda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib
0 : 00
0 : 00

Abşeron. 12 fevral. REPORT.AZ/ Abşeronda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən kərpic zavodunda baş verib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) "Asiman" MMC-ə məxsus kərpic istehsalı ilə məşğul olan zavoddan oğurluq edilməsi barədə məlumat daxil olub. 

Dərhal hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı həmin müəssisədən 12 millimetr qalınlığında 23 metr uzunluğunda, 6 millimetr qalınlığında 20 metr uzunluğunda iki ədəd elevator remeni və 1 ədəd motor oğurlandığı məlum olub. Nəticədə müəssisəyə  xeyli miqdarda maddi ziyan vurulub.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, elə həmin müəssisədə gözətçi işləyən, 49 yaşlı Şövqi Xosrovov, tanışları 31 yaşlı Abbas Mehdiyev və 30 yaşlı Elnur Abdıyev, isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Onlar bu hadisəni qabaqcadan planlaşdıraraq, sübh tezdən törətdiklərini və əldə etdikləri malları 630 manata sataraq, Pulu öz aralarında böldüklərini etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi