Abşeronda keçmiş məhkum avtobusu yandırıb

Abşeronda keçmiş məhkum avtobusu yandırıb Abşeronda keçmiş məhkum avtobusu yandırıb.
Hadisə
14 Oktyabr , 2019 12:33
Abşeronda keçmiş məhkum avtobusu yandırıb

Abşeronda keçmiş məhkum avtobusu yandırıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi