Abşeronda işdən evə gələn kişi yolda bıçaqlanıb

Abşeronda işdən evə gələn kişi yolda bıçaqlanıb Hadisəni onun tanışı törədib
Hadisə
1 Fevral , 2018 06:56
Abşeronda işdən evə gələn kişi yolda bıçaqlanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Abşeron rayonunun Digah qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1980-ci il təvəllüdlü Qasımov Elsəvər Tahir oğlu işdən evə gələrkən yolda tanışı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı tanışı ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralı cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi