Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var

Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var Abşeron rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Oktyabr , 2019 02:36
Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var

Abşeron rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində iki avtomobil toqquşub. Hadisə zamanı 1990-cı il təvəllüdlü Günel Cəfərova və 1991-ci il təvəllüdlü Elvin Qasımlı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. G.Cəfərovaya qaşın və alın nahiyəsinin çapılmış yarası, E.Qasımlıya isə budun çoxsaylı açıq sınığı diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi