Azərbaycanda istirahət mərkəzində partlayış olub, yaralananlar var - YENİLƏNİB

Azərbaycanda istirahət mərkəzində partlayış olub, yaralananlar var - YENİLƏNİB Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.
Hadisə
30 Avqust , 2022 20:20
Azərbaycanda istirahət mərkəzində partlayış olub, yaralananlar var - YENİLƏNİB

Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.

Bu barədə "Report" Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb. 

19:59

Abşeron rayonunda istirahət mərkəzində partlayış olub.

"Report" xəbər verir ki, hadisə Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi