Abşeronda gənc qızı evinin yanında avtomobil vurdu

Abşeronda gənc qızı evinin yanında avtomobil vurdu Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
19 Aprel , 2021 02:59
Abşeronda gənc qızı evinin yanında avtomobil vurdu
0 : 00
0 : 00

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Belə ki, evinin yanında yolu keçən 1995-ci il təvəllüdlü Abdullayeva Cahan Natiq qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi