Abşeronda evin yandırılması ilə bağlı cinayət işi başlanıb

Abşeronda evin yandırılması ilə bağlı cinayət işi başlanıb Bakı. 12 may. REPORT.AZ/ Abşeron rayonunda evin yandırılması ilə bağlı cinayət işi başlanıb.
Hadisə
12 May , 2018 16:23
Abşeronda evin yandırılması ilə bağlı cinayət işi başlanıb
Fuad Əkbərov / Youtube.com

Bakı. 12 may. REPORT.AZ/ Abşeron rayonunda evin yandırılması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə “Report”a Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Mılumatda qeyd edilib ki, bu il mayın 11-də 11 Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırıb: “Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. Fuad Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırıb və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparıb”.

Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi