Abşeronda evə silahlı basqın olub, ana və qızı ağır yaralanıb - YENİLƏNİB

Abşeronda evə silahlı basqın olub, ana və qızı ağır yaralanıb - YENİLƏNİB Basqının oğurluq məqsədi ilə törədildiyi ehtimal edilir
Hadisə
2 Mart , 2018 08:47
Abşeronda evə silahlı basqın olub, ana və qızı ağır yaralanıb - YENİLƏNİB

Abşeron. 2 mart. REPORT.AZ/ Abşeron rayonunda maskalı şəxslərin evə silahlı basqını zaman xəsarət alan qadın və onun qızının adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, basqın zamanı mənzildə olan, 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun qızı, 2013-cü il təvəddüdlü Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb.

Xəstəxanaya yerləşdirilən ana və qızını vəziyyətinin orta-ağır olduğu bildirilir.


***8:11

Abşeron. 2 mart. REPORT.AZ/ Abşeron rayonunda naməlum şəxslər evə silahlı basqın edib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində, Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb.

Maskalı şəxs evə girərək bıçaqla qadına və onun azyaşlı qızına müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. İlkin ehtimala görə, basqın oğurluq məqsədi ilə törədilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi