Abşeronda evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 18 oktyabr, 2019
  • 08:37
Abşeronda evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Abşeronda evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə