Abşeronda evdən 10 300 manat və 500 dollar oğurlayan şəxs tutulub

Abşeronda evdən 10 300 manat və 500 dollar oğurlayan şəxs tutulub Bakı. 14 noyabr. REPORT.AZ/ Abşeronda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub.
Hadisə
14 Noyabr , 2018 12:09
Abşeronda evdən 10 300 manat və 500 dollar oğurlayan şəxs tutulub

Bakı. 14 noyabr. REPORT.AZ/ Abşeronda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 evdən 10 300 manat və 500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Abbasov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi