Abşeronda ev yanıb, 3 və 5 yaşlı iki uşaq ölüb

Abşeronda ev yanıb, 3 və 5 yaşlı iki uşaq ölüb Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub
Hadisə
15 Mart , 2016 15:25
Abşeronda ev yanıb, 3 və 5 yaşlı iki uşaq ölüb

Bakı. 15 mart. REPORT.AZ/ Abşeron rayonunda ev yanıb, 3 və 5 yaşlı iki uşaq ölüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinin kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənən övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib. Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub. 

Yanğını saat 13:00-də yanğınsöndürənlər söndürüb.

Son xəbərlər

Orphus sistemi