Abşeronda ev, Qəbələdə çayxana yanıb

Abşeronda ev, Qəbələdə çayxana yanıb Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
2 Fevral , 2015 09:07
Abşeronda ev, Qəbələdə çayxana yanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Abşeron rayonunun Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 81 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bitişik ümumi sahəsi 130 kv.m olan ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəbələ şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan çayxananın lambirdən ibarət tavanı 30 kv.m sahədə yanıb. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi