Abşeronda doğuş zamanı övladını itirən ana dünyasını dəyişib - VİDEO

Abşeronda doğuş zamanı övladını itirən ana dünyasını dəyişib - VİDEO Hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib
Hadisə
20 Noyabr , 2017 22:21
Abşeronda doğuş zamanı övladını itirən ana dünyasını dəyişib - VİDEO

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 20-si səhər saatlarında Abşeron xəstəxanasında doğuş zamanı övladını itirən ana da günorta saatlarında dünyasını dəyişib.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi