Abşeronda bir ailənin azyaşlı övladları da daxil olmaqla 4 üzvü zəhərlənib

Abşeronda bir ailənin azyaşlı övladları da daxil olmaqla 4 üzvü zəhərlənib Abşeron rayonunda 4 nəfər dəm qazından zəhərlənib.
Hadisə
2 Fevral , 2022 04:34
Abşeronda bir ailənin azyaşlı övladları da daxil olmaqla 4 üzvü zəhərlənib

Abşeron rayonunda 4 nəfər dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Mustafayeva Çinarə Çingiz qızı, 2000-ci il təvəllüdlü Mustafalı Fəxriyyə Əliyar qızı, 2014-cü il təvəllüdlü Mustafayeva Özləm Bahadur qızı və 2018-ci il təvəllüdlü Mustafayeva Fatimə Bahadur qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi