Abşeronda baş verən partlayış zamanı yaralananlar arasında azyaşlı uşaq da var (FOTOLAR)

Abşeronda baş verən partlayış zamanı yaralananlar arasında azyaşlı uşaq da var (FOTOLAR) Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur
Hadisə
27 Dekabr , 2014 12:17
Abşeronda baş verən partlayış zamanı yaralananlar arasında azyaşlı uşaq da var (FOTOLAR)

Bakı. 27 dekabr. REPORT.AZ/ Abşeron rayonu Fatmayı qəsəbəsində evdə baş verən partlayış zamanı 3 nəfər yaralanıb. Bu barədə "Report"a Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə zamanı həmin evdə olan 25 yaşlı Kərimov Məhərrəm Fərasət oğlu, onun  iki yaşlı oğlu Məhəmməd və 15 yaşlı Uğur Kərimzadə xəsarətlər alaraq Respublika Yanıq mərkəzinə yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, partlayış nəticəsində xəsarət alanlaın vəziyyəti ağır olaraq qalır.

Hadisə yerinə polislər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb  olunub. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi