Abşeronda avtomobillə vurulan ata və qızı daha sonra bıçaqlanaraq öldürülüb - RƏSMİ

Abşeronda avtomobillə vurulan ata və qızı daha sonra bıçaqlanaraq öldürülüb - RƏSMİ Hadisə münaqişə zəmnində törədilib
Hadisə
11 Sentyabr , 2017 12:18
Abşeronda avtomobillə vurulan ata və qızı daha sonra bıçaqlanaraq öldürülüb - RƏSMİ

Bakı. 11. sentyabr. REPORT.AZ/ Abşeronda avtomobillə vurulan ata və qızı daha sonra bıçaqlanaraq öldürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 9-da saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub, sonra hadisə yerinin yaxınlığında olan A.Əsədova, qızı Samirəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sahib Hacıyev Müşfiq qəsəbəsi ərazisində tutulub.

Son xəbərlər

Orphus sistemi