Abşeronda avtomobildən 17 min manat ələ keçirənlər tutuldu

Abşeronda avtomobildən 17 min manat ələ keçirənlər tutuldu Abşeronda quldurluq hadisəsi baş verib.
Hadisə
770
2 Sentyabr , 2020 11:59
Abşeronda avtomobildən 17 min manat ələ keçirənlər tutuldu

Abşeronda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib, “Opel” markalı avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5 341 manat olan çantanı aparmaqda şübhəli bilinən qrupun digər üzvü, Sabirabad rayon sakini B.Kərimov Şirvan şəhəri ərazisində saxlanılıb.

Xatırladaq ki, ümumilikdə avtomobildən quldurluq yolu ilə 17 241 manat pul ələ keçirilib.

Son xəbərlər

Orphus sistemi