Abşeronda avtomobilin vurduğu piyadanın boynu sındı

Abşeronda avtomobilin vurduğu piyadanın boynu sındı Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
289
3 İyun , 2021 22:02
Abşeronda avtomobilin vurduğu piyadanın boynu sındı
0 : 00
0 : 00

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Yolu keçən 1967-ci il təvəllüdlü Yusifov Babək Xudaverdi oğlunu avtomobil vurub.

İdarəetməni itirən avtomobil daha sonra digər nəqliyyat vasitəsinə çırpılıb.

Xəsarət alan piyada təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi