Abşeronda avtomobilin vurduğu 25 yaşlı gənc ölüb - YENİLƏNİB

Abşeronda avtomobilin vurduğu 25 yaşlı gənc ölüb - YENİLƏNİB Abşeronda avtomobilin vurduğu gənc ölüb.
Hadisə
30 Oktyabr , 2019 03:39
Abşeronda avtomobilin vurduğu 25 yaşlı gənc ölüb - YENİLƏNİB

Abşeronda avtomobilin vurduğu gənc ölüb.

"Report"un yerli bürosu xəbər verir ki,  yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Vəliyev Elvin Mehdi oğlu xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Qeyd edək ki, hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb. Avtomobil yolu keçmək istəyərkən 1994-cü il təvəllüdlü E.Vəliyevi vurub. 


***02:38

Abşeronda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Vəliyev Elvin Mehdi oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi