Abşeronda avtomobil yolu keçən şəxsi vuraraq öldürdü

Abşeronda avtomobil yolu keçən şəxsi vuraraq öldürdü Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub
Hadisə
15 Fevral , 2021 12:06
Abşeronda avtomobil yolu keçən şəxsi vuraraq öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 14-də saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Bakı şəhər sakini S.İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi