Abşeronda avtomobil qadını vuraraq öldürüb

Abşeronda avtomobil qadını vuraraq öldürüb Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
8 Noyabr , 2021 12:49
Abşeronda avtomobil qadını vuraraq öldürüb

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 6-da saat 6 radələrində rayonun Müşfiq qəsəbəsinin ərazisində Bakı şəhər sakini B.Qardaşov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Zenfira Hasilovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi