Abşeronda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Hadisə
  • 13 aprel, 2020
  • 23:03
Abşeronda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Abşeronda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Digah kəndində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Hüseynov Məmmədrza Musallı oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması, sağ qol və sol budun sınığı diaqnozları qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.