Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Şahmərdanli Günel Qubad qızı yolu keçən zaman onu avtomobil vurub.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol inci sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.