Abşeronda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb

Abşeronda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb Bakı. 1 fevral. REPORT.AZ/ Abşeronda avtobusda cibgirlik edən şəxs saxlanılıb.
Hadisə
1 Fevral , 2019 11:26
Abşeronda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ Abşeronda avtobusda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 31-də Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini olan qadın qəsəbə ərazisindəki xətt marşrutlarının birində içərisində 222 manatı və sənədləri olan pulqabısının çantasından oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi