Abşeronda avtobus qadını vuraraq öldürdü

Abşeronda avtobus qadını vuraraq öldürdü Abşeron rayonunda yol qəzası baş verib.
Hadisə
9 Yanvar , 2021 13:16
Abşeronda avtobus qadını vuraraq öldürdü

Abşeron rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 8-i saat 7 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Aşağı Güzdək qəsəbə sakini A.Məmmədovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi