Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib 60 manat pul aparan şəxsin məhkəməsi başlayıb

Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib 60 manat pul aparan şəxsin məhkəməsi başlayıb Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliağa Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
24 İyul , 2018 11:17
Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib 60 manat pul aparan şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliağa Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ə.Abdullayev daha əvvəllər də məhkumluq həyatı yaşayıb.

O bildirib ki, barəsində irəli sürülmüş ittiham çox ağırdı: "Mən hadisə zamanı heç kəsə xəsarət yetirməmişəm".

Məhkəmənin baxış iclası iyulun 27-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il martın 15-də Abşeron rayon Polis idarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılıb.

Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi