Abşeronda ağır yol qəzası olub, ölənlər və yaralananlar var
- 16 iyul, 2020
- 21:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeronda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”nin sürücusü və digər avtomobildə olan xanım sərnişin hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı habelə daha bir neçə nəfər - 2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı, 1995-ci il təvəllüdlü Məlikova Günel Mustafa qızı xəsarət alıblar. Qeyd edək ki, xəsarət alanlar Lökbatanda yerləşən "King market"in işçiləridir.
Şahidlərin sözlərinə görə, qəzaya “VAZ- 2199”un sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov