Abşeronda ağır qəza, üç nəfər yaralandı

Abşeronda ağır qəza, üç nəfər yaralandı Abşeron rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1538
18 Avqust , 2020 23:19
Abşeronda ağır qəza, üç nəfər yaralandı

Abşeron rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Höküməli qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Mahmudova Kəmalə Bəxtiyar qızı, 1995-ci il təvəllüdlü Mahmudova Məleykə Babək qızı  1958-ci il təvəllüdlü Əhmədov Loğman İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi