Abşeronda 9 ay əvvəl mağazadan 35 min manat pul oğurlayan şəxs tutulub

Abşeronda 9 ay əvvəl mağazadan 35 min manat pul oğurlayan şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Sentyabr , 2017 11:47
Abşeronda 9 ay əvvəl mağazadan 35 min manat pul oğurlayan şəxs tutulub

Bakı. 6 sentyabr. REPORT.AZ/ Abşeronda 9 ay əvvəl mağazadan oğurluq etmiş şəxs tutulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat verib.

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35.000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi