Abşeronda 46 yaşlı kişini avtomobil vurdu

Abşeronda 46 yaşlı kişini avtomobil vurdu Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
15 Aprel , 2021 00:03
Abşeronda 46 yaşlı kişini avtomobil vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.

1975-ci il təvəllüdlü Aslanov Zaur Sahib oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi