Abşeronda 40 yaşlı kişini avtomobil vurdu

Abşeronda 40 yaşlı kişini avtomobil vurdu Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Aprel , 2021 04:12
Abşeronda 40 yaşlı kişini avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçən 1981-ci il təvəllüdlü Eminli Murad Behbud oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi