Abşeronda 35 yaşlı kişi bıçaqlandı

Abşeronda 35 yaşlı kişi bıçaqlandı Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
2 Mart , 2020 02:53
Abşeronda 35 yaşlı kişi bıçaqlandı

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1985-ci il təvəllüdlü Axundov Ələkbər Məsi oğlu tanıdığı şəxs tərəfindən iki bıçaq zərbəsi alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğu və döş qəfəsində iki ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Hadisənin təfərrüatını Abşeron polisi araşdırır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi