Abşeronda 30 yaşlı qız intihara cəhd edib

Abşeronda 30 yaşlı qız intihara cəhd edib Abşeron rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.
Hadisə
17 Avqust , 2019 07:35
Abşeronda 30 yaşlı qız intihara cəhd edib

Abşeron rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Quşçuluq massivi adlanan ərazisində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Əsgərova Sevinc Əmircan qızı intihara cəhd edib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər saidin kəsilmiş yaraları və alın nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

İntihara cəhdin hansı səbəbdən baş verdiyi hələki məlum deyil. 30 yaşlı xanım reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi