Abşeronda 3 gün əvvəl vurulan piyada bu gün xəstəxanada ölüb

Abşeronda 3 gün əvvəl vurulan piyada bu gün xəstəxanada ölüb Yaralı komadan ayılmayıb
Hadisə
5 İyun , 2018 05:12
Abşeronda 3 gün əvvəl vurulan piyada bu gün xəstəxanada ölüb

Bakı. 5 iyun. REPORT.AZ Abşeron rayonunun Masazır qəsəbəsində 3 gün əvvəl vurulan piyada bu gün xəstəxanada ölüb.

"Report"un xəbərinə görə, hadisə iyunun 2-də baş verib.

Təxminən 45-50 yaşlı kişi avtomobil vurması nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin yaralı koma vəziyyətinə düşüb. Həkimlərin səylərinə baxmayaraq, o, ötən gecə xəstəxanada dünyasını dəyişib. Kişinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi