Abşeronda 28 yaşlı gənci avtomobil vurdu

Abşeronda 28 yaşlı gənci avtomobil vurdu Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
6 Mart , 2021 00:15
Abşeronda 28 yaşlı gənci avtomobil vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan-Novxanı yolunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Xudiyev Elman Araz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi