Abşeronda 16 yaşlı qızı avtomobil vurub

Abşeronda 16 yaşlı qızı avtomobil vurub Abşeron. 18 fevral. REPORT.AZ/ Abşeronda baş vermiş yol nəqliyyat hadisəsində 16 yaşlı qız xəsarət alıb.
Hadisə
18 Fevral , 2018 13:21
Abşeronda 16 yaşlı qızı avtomobil vurub

Abşeron. 18 fevral. REPORT.AZ/ Abşeronda baş vermiş yol nəqliyyat hadisəsində 16 yaşlı qız xəsarət alıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Saray qəsəbə sakini Bəyaz İlham qızı Tarverdiyeva yaşadığı ərazidə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, məktəblinin vəziyyəti hazırda qənaətbəxşdir.

Hadisədən sonra sürücü məsuliyyətə cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi