Bakı. 12 aprel. REPORT.AZ/ Abşeron sakininin döyülərək öldürülməsi hadisəsinə görə 3 nəfər tutulub.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, aprelin 10-da Abşeron rayonunun “28 May” qəsəbəsi ərazisindən qəsəbə sakini Tapdıq Məmliyev döyülmə xarakterli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri Səftər Hacıyev, qardaşı Bəxtiyar və əmisi oğlu Şahmar Hacıyev tutulublar.
Araşdırmalar davam etdirilir.