Abşeron sakinini döyüb pulunu alan şəxslər saxlanılıb

Abşeron sakinini döyüb pulunu alan şəxslər saxlanılıb Abşeronda quldurluq hadisəsi baş verib.
Hadisə
9 Oktyabr , 2019 12:47
Abşeron sakinini döyüb pulunu alan şəxslər saxlanılıb

Abşeronda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-də saat 3 radələrində 4 nəfərin onu döyərək 550 manatını aldıqlarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi