Bakı. 13 dekabr. REPORT.AZ/ Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli, 5 otaqlı evin çardağının yanar konstruksiyaları 225 kv.m sahədə yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.