Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb Niyaz Fərzəliyev küçədə əlbəyaxa dava edib
Hadisə
21 Sentyabr , 2017 06:55
Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

Abşeron. 21 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda orta yaşlı kişi küçədə bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Fərzəliyev Niyazi Nizam oğlu marketin qarşısında tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, iki bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi