Yuxarı

Abşeron rayonunda məscidin yanında əl qumbarası tapılıb

Hazırda xilasedicilər əl qumbarasının zərərsizləşdirilməsi istiqamətində işlər aparır

Bakı. 2 yanvar. REPORT.AZ/ Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məscidin yanında əl qumbarası tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hüquq-mühafizə oqranlarının əməkdaşları və FHN-nin xilasediciləri məscidin ətrafında təhlükəsizlik tədbirləri görüb. Hazırda xilasedicilər əl qumbarasının zərərsizləşdirilməsi istiqamətində işlər aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi