Abşeron rayonunda azyaşlı uşaq xilas edilib

Abşeron rayonunda azyaşlı uşaq xilas edilib FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar
Hadisə
4 Yanvar , 2015 16:49
Abşeron rayonunda azyaşlı uşaq xilas edilib

Bakı. 4 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. 

Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas ediblər və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:52-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi