Abşeron Mərkəzi Xəstəxanasında doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb - FOTO - VİDEO

Abşeron Mərkəzi Xəstəxanasında doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb - FOTO - VİDEO Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib
Hadisə
20 Noyabr , 2017 08:41
Abşeron Mərkəzi Xəstəxanasında doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb - FOTO - VİDEO

Bakı. 20 noyabr. REPORT.AZ/ Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.

"Report"un çəkiliş qrupu hadisənin baş verdiyi xəstəxanada olub. Lakin xəstəxananın növbətçi həkimi sullara cavab vermək əvəzinə, qapını bağlayaraq, çəkiliş qrupunu uzaqlaşdırmağa çalışıb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi