​FHN ABŞ səfirliyi qarşısında baş verən qəza ilə bağlı məlumat yayıb

​FHN ABŞ səfirliyi qarşısında baş verən qəza ilə bağlı məlumat yayıb Hadisə nəticədə 19 yaşlı qadın sürücü həlak olub
Hadisə
29 Dekabr , 2014 04:41
​FHN ABŞ səfirliyi qarşısında baş verən qəza ilə bağlı məlumat yayıb
Bakı. 29 dekabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində bir qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Nəsimi rayonunda “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub.

Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb və sıxılmış vəziyyətdə qalıb. N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəza Azadlıq prospektində, Birləşmiş Ştatların Bakıdakı səfirliyi qarşısında baş verib. “Chevrolet” markalı minik avtomobili səfirliyə məxsus olub.

Son xəbərlər

Orphus sistemi