Ağsuda kafedə aşkarlanan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Ağsuda kafedə aşkarlanan koronavirus xəstəsinə cinayət işi başlanılıb ABŞ Silahlı Qüvvələri Əfqanıstandan insanların təxliyə edilməsi əməliyyatının son mərhələsinə qədəm qoyub.
Hadisə
128
29 Avqust , 2021 10:28
Ağsuda kafedə aşkarlanan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Radim Qədirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs yaşadığı ünvanı tərk edərək kafeyə gedib və infeksiyanın yayılmasına real şərait yaradıb. Əraziyə həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.

R.Qədirov barəsində Ağsu RPŞ-də Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi