ABŞ-da polis şübhəli şəxsi güllələyib

ABŞ-da polis şübhəli şəxsi güllələyib Şübhəli şəxs yaralanıb
Hadisə
11 İyun , 2016 04:56
ABŞ-da polis şübhəli şəxsi güllələyib

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ-da polis şübhəli şəxsə atəş açıb.

"Report" "CNN"-ə istinadən xəbər verir ki, hadisə Dallas aeroportunda baş verib.

Vətəndaşlardan biri tərəfindən lentə alınmış həvəskar çəkilişlərdə polisin şübhəli vətəndaşa 10 dəfədən çox atəş açması və yerə uzanmağı tələb etməsi görünür. Şahidlərin sözlərinə görə, şübhəli şəxsin əlində daş varmış və o özünü aqressiv aparırmış.

Şübhəli şəxs polisin açdığı atəşlə yaralanıb və xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi