Yuxarı

​ABŞ-da 17 yaşlı mer oğlunu döyüb qarət ediblər

Polis dərhal axtarışa başlasa da, hələ ki, cinayətkarları tapa bilməyib

Bakı. 22 dekabr.REPORT.AZ/ ABŞ-da daha bir qeyri-adi qarət hadisəsi qeydə alınıb. Naməlum şəxslər Çikaqo merinin 17 yaşlı oğlu Rama Emanuel Zakanı döyüblər. Cinayətkarlar yeniyetməni döydükdən sonra onu qarət ediblər.

"Report" xəbər verir ki, sözügedən insident cümə günü axşam merin ailəsinin yaşadığı evin yaxınlığında baş verib. Zakın sözlərinə görə, iki şəxs onun üzünə zərbə endirəndən sonra mobil telefonunu əlindən alıb və cinayət yerindən qaçıblar.

Hadisə zamanı mer oğlunun yüngül xəsarət aldığı bildirilir. Polis dərhal axtarışa başlasa da, hələ ki, cinayətkarları tapa bilməyib.

Xatırladaq ki, Çikaqo ABŞ-ın ən kriminal şəhərlərindən biri sayılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi