Abbas Hüseynovun qardaşları səbəst buraxılıb

Abbas Hüseynovun qardaşları səbəst buraxılıb Onun hər üç qardaşı artıq evdədir
Hadisə
7 Oktyabr , 2016 14:24
Abbas Hüseynovun qardaşları səbəst buraxılıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Nardaran hadisələrinə görə həbs edilən Abbas Hüseynovun ötən gün tutulmuş qardaşları sərbəst buraxılıblar.

Bu barədə "Report"a vəkil Yalçın İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, A.Hüseynovun qardaşları - Hüseynağa, Məlik və Elçin Hüseynovlar indi evdədirlər.

Qeyd edək ki, A.Hüseynov 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Onun cinayət işi üzrə məhkəməsinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi